Sertifikatlar

Bu səhifəyə daxil olmağınızın ancaq bir səbəbi ola bilər: siz hal-hazırda ən çətin kvestlərdən biri olan “Dost üçün hədiyyə seç” kvestini keçirsiniz.
Phantom Quests sizlərə cəmi iki sözdən ibarət olan ipucu verir – “hədiyyə sertifikatları”.
Arxayın olun, indi siz bütün lazımlı açarları tapıb dostunuza yaddaqalan emosiyaları bağışlayacaqsınız!

Sertifikatların istifadə qaydaları:

- Sertifikat sizlərə bir və ya bir neçə kvesti ödəmək imkanı verir. Əgər oyunun qiyməti sertifikat qiymətindən artıqdırsa, fərqini nəğd pulla və yaxud istənilən bank kartı ilə ödəmək olar.
- Sertifikatı pula dəyişdirmək mümkün deyil.
- Hədiyyə sertifikatları digər aksiyalarla cəmlənmir.
Kvesti rezerv etmək üçün saytımıza daxil olun və ya bu nömrələrlə əlaqə saxlayın

Tərəfdaşlarımız