Nyu-Yorkda yerləşən "Delfin" mehmanxanası artıq 95 ildir ki, fəaliyyət göstərir.
Bu dövr ərzində hotel nömrələrindən biri şəhər əfsanəsinə çevrilmişdi. Bir çox jurnalistlər, yazıçılar, ekstremistlər bu dəhşətli yerdə baş verən qorxulu hadisələrin sirrini anlamağa çalışsalar da, onların bütün cəhdləri uğursuz oldu. Yalnız bir şey dəqiq məlumdur: açılışdan bəri 1408 nömrəli otaqda 56 nəfər vəfat edib. Onların bəziləri təbii səbəblərdən, bəziləri isə sui-qəst nəticəsində dünyasını dəyişib. Bəs buna səbəb nə olub?
Bu məsələnin həllini tapmaq məhz sizin öhdənizə düşür.
Qorxu və dəhşətlə dolu otaq hələ də izaholunmaz sirlərlə gizlidir.
Bu oteldən çıxmağı bacaracaqsınızmı, yoxsa sizi də əvvəlki qonaqların aqibəti gözləyir?
Categories: Перфоманс